Thursday, September 09, 2010
RU

Saytda axtar

‘Andrologiya’ bölməsinə görə arxiv

Prostatit

Prostat vəzi haqda ilk məlumatlar 350 il b.e.ə. Herofil tərəfindən verilmişdir. Uzun müddət mütəxəssislərin diqqətindən yayınan prostat vəzi  XVII əsrdə həkim Nikolay Massa tərəfindən yenidən öyrənildi və ilk dəfə prostat vəzinin iltihabı haqda məlumatlar  yayıldı. Lakin xəstəliklə bağlı sükut XX əsrin əvvəllərinə kimi davam etdi.

Vəz haqqında
Prostat vəzi çanaq diafraqması ilə sidik kisəsinin arasında yerləşir. Sekretor orqandır. Ölçüləri, forması və konsistensiyası dəyişkəndir.
Təsnifatı
Prostat vəzinin iltihabı prostatit adlanır. Prostatitlər yaranma səbəblərinə görə – infeksion və kongestiv (durğunluq) olur.
Xəstəliyin inkişafına görə isə hemotogen, iltihabi, limfogen, allergik, maddələr mübadiləsinin pozulması, mexaniki və kimyəvi prostatitlər ayrıd edilir. Klinik-anatomik cəhətdən kəskin və xroniki olur.

Prostatitlər kişilərə məxsus uraloji xəstəlikdir. Bu xəstəliklə qarşılaşdıqda müxtəlif suallar yaranır: son cinsi əlaqələr, keçirilən xəstəliklər, onları narahat edən xoşagəlməz simptomlar. Bu simptomların soyuqdəymə əlaməti olduğu düşünülür, lakin hər hansı infeksiyaya yoluxma ehtimal edilmir. Amma kifayət qədər, sidik kisəsindən, sidik axarlarından, düz bağırsaqdan, limfatik damarlardan və.s. orqan və toxumalardan müxtəlif infeksiyalara yoluxma ehtimalı var. Yoluxmuş infeksiya əlverişli şərait yarananadək “lal” qala bilər. Soyuqlama, oturaq həyat, hiperseksual aktivlik, müxtəlif uroloji və zöhrəvi xəstəliklər, immunitetin zəifləməsi prostatitin inkişafına zəmin yaradır. İlk öncə bu patologiya ilə qarşılaşan kişi həkimə müraciət etməlidir.
Klinik gedişinə görə xroniki və kəskin prostatitlər müəyyən edilir.
Kəskin  prostatit – hərarətin yüksəlməsi, aralıq və qasıq nahiyələrində ağrı, sidik ifrazı və defekasiya  zamanı ağrı və.s. simptomlar müşahidə olunur.
Müalicə olmayan prostatit ocaqlı iltihabi ağırlaşmalar verə bilər.
Xroniki prostatit zamanı – vəziyyət daha ağır olur. Əlamətlərin gizli getməsi həkimə müraciət etməni gecikdirir. Defekasiya və sidik ifrazından sonra cinsiyyət orqanından ifrazatın gəlməsi xəstəliyin əsas əlamətlərindəndir.

Prostatit və sonsuzluq
Prostatit müalicə olunmadıqda bütün xəstəliklər kimi digər orqan və toxumalara yayılaraq vəziyyəti ağırlaşdırır. Vezikulit (toxum kisəciklərinin iltihabı).  Epidimoorxit – xayaların iltihabı və.s. xəstəliklər belə fəsadlardandır. Uzun zaman müalicə olunmayan prostatit nəticəsində spermatozoidlərin göstəricilərinin pozulması sonsuzluğa səbəb olur. Sonsuzluq problemi ilə mütəxəssislərə müraciət edən xəstələrin 5-12%-də xroniki urogenital infeksiyalar nəticəsində inkişaf edən prostatitlər aşkarlanır.
Diaqnostikası
Xarakter şikayətlərə əsasən prostat vəzinin müayinəsindən, prostat ekskretinin laborator analizindən, bəzən isə ultrasəs müayinəsindən ibarət kompleks prosedurlarla həyata keçirilir. Klinikamızda xəstəliyin müayinəsi və müalicəsi ilə məşğul olan yüksək ixtisaslı həkimlər çalışır. Müraciət edən şəxslərə tam tibbi xidmət təklif olunur.

Kişi sonsuzluğu

Andrologiyanın qarşısında duran əsas problem kişi sonsuzluğudur. Kişi sonsuzluğu bütün dünyada tibbi və sosial əhəmiyyətə malikdir. Əgər rəsmi nigahın bir il müddətində requlyar cinsi həyatda hamiləlik baş vermirsə, bu zaman “sonsuzluq” diaqnozu qoyulur; hamiləliyin olmaması birincili, təkrar hamiləliyin olmaması isə ikincili sonsuzluq adlanır.
Kişi sonsuzluğu repraduktiv sistemin, generativ və kapulyativ funksiyanın pozulması ilə əlaqədardır. Orqanizmdə gedən müxtəlif pataloji proseslər daxili orqanlara, endokrin vəzilərə, MSS-ə mənfi təsir göstərərək xayanın toxum kanallarının və interstisial hüceyrələrinin distrofik dəyişikliyinə gətirib çıxarır və patozoospermiyanın inkişafına səbəb olur. Bununla yanaşı kişi cinsiyyət sistemi xəstəliklərinin, anadangəlmə inkişaf anomaliyalarının artması,ətraf mühitin zərərli faktorlarının təsiri,müxtəlif dərman preparatlarının əhali tərəfindən geniş və kontrolsuz istifadəsi və s. amillər kişi sonsuzluğuna gətirib çıxarır.
Kişi sonsuzluğunun əmələ gəlməsinin əsas və əlavə səbəbləri vardır.

Əsas səbəblər:

  • Varikosele.
  • İmmunoloji faktor.
  • Genitalinin iltihabi xəstəlikləri.
  • Anadangəlmə inkişaf anomaliyaları. (kriptorxizm, monorxizm, anorxizm, epistadiya, hipostadiya və.s)
  • Genetik xəstəliklər (Klaynfelter sindromu, Şereşvski-Terner kişi sindromu və s.)
  • Xayanın qazanılmış zədələnmələri.
  • Sistem xəstəlikləri (vərəm, qaraciyər sirrozu, XBÇ, şəkərli diabet, epidemik parotit  və s.)
  • Seksual və eakulyator disfunksiya.
  • Abstruktiv azoospermiya.
  • Nekrozoospermiya.
  • Cərrahi müdaxilə səbəbindən (qasıq yırtığı, hidrosele, uretranın strikturası, sidik kisəsi və s.)
  • Bəzi müalicə növləri (şüa, hormonal, kimyəvi, trankvlizator, hipotenziv, sulfanilamid, nitrofuran törəmələri və narkotik preparatlar)
  • İdiopatik oliqozoospermiya, astenozoospermiya, teratozoospermiya, azoospermiya.
  • Endokrin faktor:
    a) hiperqonadotrop hipoqonadizm və ya birincili
    b) hipoqonadotrop hipoqonadizm və ya ikincili
    v) normaqonadotrop hipoqonadizm
    q) hiperprolaktinemiya
    d) hiperestrogeniya
    e) hipo-hipertireoz
    ə) testesteron defisit vəziyyət (erektil disfunksiya, andropauza-kişi klimaksı, patozoospermiya)

Əlavə səbəblər:

  • İntoksikasiyalar (alkoqol və nikotin).
  • Radioaktiv şüalanma.
  • Temperaturun təsiri.
  • Alimentar faktor

Sinir-psixoloji faktor.
Orta statistik göstəricilərə əsaslanaraq kişi sonsuzluğunu yaradan səbəbləri aşağıdakı cədvəldə diaqnostik kateqoriyada daha aydın görə bilərik:

Diaqnoz %
Səbəbi məlum olmayan
Genitalinin infeksiyaları
Varikosele
Endokrin faktor
Idiopatik astenozoospermiya
Idiopatik oliqozoospermiya
Idiopatik teratozoospermiya
Immunoloji faktor
Cinsiyyət sisteminin anadangəlmə anomaliyaları
Sistem xəstəlikləri
Seksual və eakulyator disfunksiya
Cinsiyyət sisteminin qazanılmış anomaliyaları   .. Abstruktiv azoospermiya
Genetik faktor
52,8
22,1
14,9
14,8
10,3
7,2
5,3
4,7
3,6
3,3
3,2
3,0
2,9
2,8

Bütün bunlar sistemləşərək kişi sonsuzluğunun klassifikasiyasında əks olunur:
I Sekretor sonsuzluq:

  • Xayanın birincili çatışmazlığı (anadangəlmə və qazanılma zədələnməsi).
  • Xayanın ikincili çatışmazlığı.
    a) mərkəzi təsirli (hipotalamo-hipofizar sistemin zədələnməsi).
    b) xayanın diskorrelyasion çatışmazlığı (endokrin vəzilərin disfunksiyası).

II Ekskretor sonsuzluq:

  • Sidik çıxarıcı kanalın və əlavə cinsiyyət vəzilərinin xəstəlikl və inkişaf qüsurları.
  • Ekskretor – abturasion (toxum çıxarıcı yolların abturasiyası).
  • Aspermatizm.

III İmmun sonsuzluq.
IV Qarışıq formalı sonsuzluq.
V Nisbi sonsuzluq.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də kişi sonsuzluğu öz aktuallığını saxlamaqdadır. Bu da ilk növbədə psixologiyamızdan asılı olaraq, qohum nigahların çox olması, ailə qurmadan öncə fərdlərin müayinə olunmaması, sonsuzluqda kişi faktorunun “kənarda qalması”, cinsi yetişkənlik dövründə yeniyetmələrin nəzarətsiz qalması ilə sıx əlaqədardır. Bundan əlavə ölkəmizin müharibə şəraitində olması (bir milyondan artıq qaçqının və sosial rifahın aşağı olması) stress faktorunun daimi təsiri nəticəsində endokrin patalogiyalar daha qabarıq şəkildə özünü göstərir.
Bütün gənclərə və ailə qurmaq istəyənlərə sağlam ailə qurmağı arzulayırıq!

Həkim-androloq: Mehdiyev Seymur

Reklam