Thursday, September 09, 2010
RU

Saytda axtar

Görmənin əməliyyatsız bərpası

İngiltərə alimlərinin yeni “möcüzəsi” təbabət elmində böyük marağa səbəb olmuşdur. Heç bir cərrahi müdaxilə olmadan alimlər görməni sütun hüceyrələrinin köməkliyi ilə bərpa etmişlər. Bu eksperiment Yeni Cənubi Uels Universitetində öz əksini tapmışdır. Bu metod sayəsində görmə tamamilə olaraq cəmi bir neçə həftəyə bərpa olmuşdur.
Belə ki, alimlər kontakt linzaların səthi qatında sütun hüceyrələri “əkmişlər” və sonra gözə yerləşdirmişlər. On gündən sonra zədələnmiş buynuz qatın bərpası müşahidə edilmişdir. Bu eksperiment buynuz qatın patologiyaları zamanı korluq müşahidə olunan şəxslərə tədbiq edilmişdir. Həmin şəxslərin üzərində  öncələr melanomanın xaric edilməsi əməliyyatı aparılmışdır. Görmənin bərpası əməliyyatında alimlərin əsas “alətləri” isə konyuktiva hüceyrələri və sadə kontakt linzalardır. Alimlər bu ixtiralarının gələcəkdə oftalmologiya praktikasında öz yerini tutacağından tamamilə əmindirlər.


Şərh yaz




Reklam