Friday, September 10, 2010
RU

Saytda axtar

Xərçəngi blokada edən 3 tərəvəz

Alimlərin fikrincə 3 tərəvəz var ki, onların daimi istifadəsi xərçəngin əmələ gəlməsini blokada edə bilər.

ABŞ-ın Cons Xopkins universitetinin  tədqiqatçıları müəyyən etmişlər ki, brokkoli kələmi insanı qastrit və mədə xərçəngindən qoruya bilər.
Miçiqan ştat universitetinin alimləri isə Polşa sakinlərinin ABŞ emiqrantlarına nisbətən 3 dəfə az süd vəzi xərçəngindən əziyyət çəkdiklərini müşahidə etmişlər. Bu faktı onlar xüsusi menyu cədvəllərinin olması ilə izah etmişlər. Polşada adi kələmdən tez-tez istifadə edildiyi halda, ABŞ-da kələm çox nadir hallarda istifadə edilir.
Xərçəngə qarşı 3-cü “silah”ı isə Talaxassidə Florida universitetinin əməkdaşları aşkarlamışlar. Bu hamının düşündüyü kimi sarımsaqdır. Onun təsir mexanizmi belədir. Ət məhsulları termiki emaldan keçərkən onlardan enzim maddəsi ayrılır ki, bu da süd vəzi xərçəngi üçün əlverişli hesab edilir. Əgər eyni zamanda yüksək temperaturun təsiri altında sarımsaqdan istifadə edilsə enzim-kansorogen maddəsi blokada olunar.


Şərh yaz




Reklam