Psoriaz ürək xəstəliklərinə və vaxtsız ölümə səbəb olur
Yerləşdirdi: admin Friday, 20 November 2009 07:46
Mayami universitetinin tədqiqatçıları psoriazın ürək qan-damar sistemi xəstəlikləri ilə birbaşa əlaqəsi olduğunu qeyd edirlər. Buna serebrevaskulyar xəstəliklər, ateroskleroz, ürəyin işemik xəstəlikləri və s. aiddir. Eyni zamanda qeyd edilir ki, bu dəri xəstəliyi vaxtsız ölümə də səbəb olur.
Məlumdur ki, psoriazdan dünya əhalisinin 2-3%-i əziyyət çəkir. Bu xəstəlik depressiyayla paralel müşahidə olunaraq insanda həyatı keyfiyyətləri aşağı salır. Və eyni zamanda bu da faktdır ki, psoriaz iltihabi proseslər və immun sistem pozğunluqlarına gətirib çıxarır.
Dermatoloqlar yeni eksperiment apararaq 3236 xəstə və 2500 sağlam insanı nəzarətdən keçirmişlər. Nəticə etibarilə psoriaz və kompleks ürək-damar sistemin xəstəlikləri arasında əlaqə müşahidə edilmişdir. Maraqlı bir statistika da budur ki, digərlərinə nisbətən psoriazdan əziyyət çəkən şəxslərdə vaxtsız ölüm faizi yüksək olmuşdur (19,6% qarşı 9,9 %).
Klinisistlər təkid edirlər ki, psoriaz diaqnozu qoyulan hər bir xəstə paralel olaraq ürək qan-damar sistemi müayinəsindən keçməlidir.
Etiketlər: ateroskleroz, dermatoloq, işemiya, psoriaz


est