Meymunların malyariya ilə mübarizəsi
Yerləşdirdi: admin Friday, 20 November 2009 07:51
Bioloqlar, Uqandiya şimpanzelərinin yarpaqla birlikdə palçıq yeməsinin səbəbini aşkar etmişlər. Nature jurnalının məlumatında bildirilir ki, eyni zamanda yarpaqla birgə torpağın yeyilməsi bitkinin malyariya əleyhinə təsirini artırır.
Fransa Milli muzeyinin əməkdaşı Sabrina Krief Uqandiya Milli parkında apardığı müşahidələrdə Kibale adlı şimpanzenin Trichilia rubescens bitkisini yedikdən dərhal sonra torpaq yediyinin şahidi olmuşdur.
Məlumdur ki, bəzi heyvanlar torpaqla qidalanırlar. Bu proses geofagiya adlanır. Torpağın canlı orqanizm üçün isə nə dərəcədə əhəmiyyətli olması isə elmə çoxdan məlumdur. Belə ki, torpaq tərkibində orqanızmdə yetəri qədər olmayan mineral maddələri saxlayır (məs;dəmir) və aclıq hissinin öhdəsindən gəlməyə qabildir. Lakin şimpanzenin torpağı trixiliya yarpağı ilə qarışdırıb yeməsinin səbəbi isə anlaşılmaz olaraq qalırdı. Məlum oldu ki, həmin yarpaq tərkibində malyariya əleyhinə maddə saxlayır və bu da torpaqla qarışarkən aktivliyini daha da artırır.
Eksperimentin təşkilatçıları torpaqdan və yarpaqdan nümunələr götürərək onları mexaniki, turşu, termiki və s. emaldan keçirmişlər. Sonra mütəxəssislər alınan 3 nümunənin dərman preparatlarına dözümlü ştam sayılan parazit Plasmodium Falciparuma təsirini müşahidə etmişlər. Nümunələr yalnız torpaqdan, yalnız yarpaqdan və torpaqla yarpağın birgə ekstraktından alınmışdır. Nəticədə birgə ekstraktın məqsədyönlü təsiri sübut olunmuşdur.
Hal-hazırda isə alimləri bu miksturadan alınacaq preparatın insana nə dərəcədə təsir göstərəcəyi maraqlandırır.
Etiketlər: biolog, geofagiya, malyariya, şimpanze, Trichilia rubescens

