Kişi sonsuzluğu
Yerləşdirdi: admin Sunday, 22 November 2009 03:37
Andrologiyanın qarşısında duran əsas problem kişi sonsuzluğudur. Kişi sonsuzluğu bütün dünyada tibbi və sosial əhəmiyyətə malikdir. Əgər rəsmi nigahın bir il müddətində requlyar cinsi həyatda hamiləlik baş vermirsə, bu zaman “sonsuzluq” diaqnozu qoyulur; hamiləliyin olmaması birincili, təkrar hamiləliyin olmaması isə ikincili sonsuzluq adlanır.
Kişi sonsuzluğu repraduktiv sistemin, generativ və kapulyativ funksiyanın pozulması ilə əlaqədardır. Orqanizmdə gedən müxtəlif pataloji proseslər daxili orqanlara, endokrin vəzilərə, MSS-ə mənfi təsir göstərərək xayanın toxum kanallarının və interstisial hüceyrələrinin distrofik dəyişikliyinə gətirib çıxarır və patozoospermiyanın inkişafına səbəb olur. Bununla yanaşı kişi cinsiyyət sistemi xəstəliklərinin, anadangəlmə inkişaf anomaliyalarının artması,ətraf mühitin zərərli faktorlarının təsiri,müxtəlif dərman preparatlarının əhali tərəfindən geniş və kontrolsuz istifadəsi və s. amillər kişi sonsuzluğuna gətirib çıxarır.
Kişi sonsuzluğunun əmələ gəlməsinin əsas və əlavə səbəbləri vardır.
Əsas səbəblər:
- Varikosele.
- İmmunoloji faktor.
- Genitalinin iltihabi xəstəlikləri.
- Anadangəlmə inkişaf anomaliyaları. (kriptorxizm, monorxizm, anorxizm, epistadiya, hipostadiya və.s)
- Genetik xəstəliklər (Klaynfelter sindromu, Şereşvski-Terner kişi sindromu və s.)
- Xayanın qazanılmış zədələnmələri.
- Sistem xəstəlikləri (vərəm, qaraciyər sirrozu, XBÇ, şəkərli diabet, epidemik parotit və s.)
- Seksual və eakulyator disfunksiya.
- Abstruktiv azoospermiya.
- Nekrozoospermiya.
- Cərrahi müdaxilə səbəbindən (qasıq yırtığı, hidrosele, uretranın strikturası, sidik kisəsi və s.)
- Bəzi müalicə növləri (şüa, hormonal, kimyəvi, trankvlizator, hipotenziv, sulfanilamid, nitrofuran törəmələri və narkotik preparatlar)
- İdiopatik oliqozoospermiya, astenozoospermiya, teratozoospermiya, azoospermiya.
- Endokrin faktor:
a) hiperqonadotrop hipoqonadizm və ya birincili
b) hipoqonadotrop hipoqonadizm və ya ikincili
v) normaqonadotrop hipoqonadizm
q) hiperprolaktinemiya
d) hiperestrogeniya
e) hipo-hipertireoz
ə) testesteron defisit vəziyyət (erektil disfunksiya, andropauza-kişi klimaksı, patozoospermiya)
Əlavə səbəblər:
- İntoksikasiyalar (alkoqol və nikotin).
- Radioaktiv şüalanma.
- Temperaturun təsiri.
- Alimentar faktor
Sinir-psixoloji faktor.
Orta statistik göstəricilərə əsaslanaraq kişi sonsuzluğunu yaradan səbəbləri aşağıdakı cədvəldə diaqnostik kateqoriyada daha aydın görə bilərik:
| Diaqnoz | % |
| Səbəbi məlum olmayan Genitalinin infeksiyaları Varikosele Endokrin faktor Idiopatik astenozoospermiya Idiopatik oliqozoospermiya Idiopatik teratozoospermiya Immunoloji faktor Cinsiyyət sisteminin anadangəlmə anomaliyaları Sistem xəstəlikləri Seksual və eakulyator disfunksiya Cinsiyyət sisteminin qazanılmış anomaliyaları .. Abstruktiv azoospermiya Genetik faktor |
52,8 22,1 14,9 14,8 10,3 7,2 5,3 4,7 3,6 3,3 3,2 3,0 2,9 2,8 |
Bütün bunlar sistemləşərək kişi sonsuzluğunun klassifikasiyasında əks olunur:
I Sekretor sonsuzluq:
- Xayanın birincili çatışmazlığı (anadangəlmə və qazanılma zədələnməsi).
- Xayanın ikincili çatışmazlığı.
a) mərkəzi təsirli (hipotalamo-hipofizar sistemin zədələnməsi).
b) xayanın diskorrelyasion çatışmazlığı (endokrin vəzilərin disfunksiyası).
II Ekskretor sonsuzluq:
- Sidik çıxarıcı kanalın və əlavə cinsiyyət vəzilərinin xəstəlikl və inkişaf qüsurları.
- Ekskretor – abturasion (toxum çıxarıcı yolların abturasiyası).
- Aspermatizm.
III İmmun sonsuzluq.
IV Qarışıq formalı sonsuzluq.
V Nisbi sonsuzluq.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də kişi sonsuzluğu öz aktuallığını saxlamaqdadır. Bu da ilk növbədə psixologiyamızdan asılı olaraq, qohum nigahların çox olması, ailə qurmadan öncə fərdlərin müayinə olunmaması, sonsuzluqda kişi faktorunun “kənarda qalması”, cinsi yetişkənlik dövründə yeniyetmələrin nəzarətsiz qalması ilə sıx əlaqədardır. Bundan əlavə ölkəmizin müharibə şəraitində olması (bir milyondan artıq qaçqının və sosial rifahın aşağı olması) stress faktorunun daimi təsiri nəticəsində endokrin patalogiyalar daha qabarıq şəkildə özünü göstərir.
Bütün gənclərə və ailə qurmaq istəyənlərə sağlam ailə qurmağı arzulayırıq!
Həkim-androloq: Mehdiyev Seymur
Etiketlər: Andrologiya, endokrin vəzi, sonsuzluq

